Kamil Sen-Sans
Şarl-Kamil Sen-Sans ( fr. Charles-Camille Saint-Saëns [ʃaʁl kamij sɛ̃sɑ̃s]; 9 oktyabr 1835[…], XI arondisman – 16 dekabr 1921[…], Əlcəzair; Parisdə dəfn olunub) — fransız bəstəkarı, pianoçu, orqan ifaçısı, dirijor, musiqi yazıçısı və ictimai xadim, pedaqoq.
Sen-Sans bütün müasir musiqi janrlarında mahnı bəstələmişdir. Ən çox ifa olunan əsərləri: "Heyvanların karnavalı" süitası (1887), skripka və orkestr üçün Giriş və rondo kapriççioso (1863), İkinci fortepiano konserti (1868), " Ölüm rəqsi " simfonik poeması (1874), "Samson və Delila " operası (1877) .